Bayden Misir və Qətər liderləri ilə Qəzza zolağındakı vəziyyəti müzakirə edib
24 Avqust 2024 10:10 DünyaABŞ Prezidenti Cozef Bayden cümə günü misirli həmkarı Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.
Olaylar xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Qəzza zolağında atəşkəslə bağlı Qahirədə keçiriləcək danışıqları müzakirə ediblər.
Liderlər Qahirədə qarşıdan gələn danışıqları və razılaşma yolunda qalan bütün maneələri aradan qaldırmaq səyləri barədə fikir mübadiləsi aparıb.
Onlar, həmçinin, İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında razılaşmanın "təcili bağlanmasının zəruriliyini" qeyd ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31