Paşinyan Qaregini təbrik etmədi

Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin katolikosu II Qaregini 73 yaşı tamam olması münasibətilə təbrik etməyib.

Olaylar bildirir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb.

Hətta bu məsələ sosial şəbəkələrin erməni seqmentində lağa da qoyulub.

"Yəqin, yadından çıxıb", - kimi ironiyalı şərhlər yazılıb. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31