Rusiyada dustaqlar qiyam qaldırdı: ölü və yaralılar var

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı təcridxananın dustaqları qiyam qaldırıblar.

Olaylar bildirir ki, bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, dustaqlar qiyam zamanı girovlar götürüblər. Həbsxananın rəisi 45 yaşlı Andrey Devyatov qiyamçılar tə4rəfindən girov saxlanılır.

Federal Penitensiar Xidmətin 1 əməkdaşı öldürülüb, daha 3 nəfər isə ağır yaralanıb. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31