Qarabağ Universitetində bütün plan yerləri doldu
23 Avqust 2024 12:19 DünyaXəbər verdiyimiz kimi, ötən gün universitetlərə qəbul müsabiqəsinin nəticələri açıqlanıb.
Olaylar xəbər verir ki, bu tədris ilində ilk dəfə qəbul aparılan Qarabağ Universitetinin nəzərdə tutulan plan yerləri tam dolub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, bu təhsil müəssisəsinin gələcək tələbələrinin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Qeyd edək ki, bu il qəbul imtahanında rekord nəticə qeydə alınıb. Ümumilikdə 55 656 nəfər tələbə adını qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31