Hindistanın baş naziri Ukraynaya səfər edib
23 Avqust 2024 11:55 DünyaHindistanın baş naziri Narendra Modi Ukraynaya səfər edib.
Olaylar xəbər verir ki, bu barədə məlumatı "Times of India" yayıb.
Bildirilir ki, bu, müstəqillik dövründə Hindistan baş nazirinin Ukraynaya ilk rəsmi səfəridir.
Modinin Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirəcəyi gözlənilir.
Xatırladaq ki, N.Modi iyulda Moskvaya ikigünlük səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31