Rusiya ərazisində “bufer zona” yoxdur - ÖZƏL

Ukrayna ordusunun Kursk vilayətində əməliyyatı Rusiya ərazisində heç bir "bufer zona"nın yaradılmasına gətirib çıxarmayacaq.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, ölkənin ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinqhin və Kiyevin mövzu ilə bağlı açıqlamalarını şərh edən diplomat deyib: "Bu, mümkün deyil. Rusiya ərazisində bufer zonası olmayacaq".
Eyni zamanda o, xəbərdarlıq edib ki, Moskva Ukrayna silahlı qüvvələrinin Kursk vilayətindən çıxarılması üçün Vaşinqtonla məsləhətləşmək fikrində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31