Rusiya ABŞ-la təmaslara açıqdır, lakin indiyə qədər heç bir təklif almayıb – ÖZƏL
23 Avqust 2024 11:36 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov jurnalistlərə bildirib ki, Rusiya ABŞ-la təmasların mümkünlüyünü nəzərdən keçirməyə hazırdır, lakin hələlik heç bir təklif almayıb.
"Əgər müzakirə mövzusu olsaydı, əminəm ki, Rusiya tərəfi bunu nəzərdən keçirərdi. Amma indiyədək ən azı səfirlikdən heç bir təklif daxil olmayıb".
Antonov vurğulayıb ki, ikitərəfli əlaqələri kəsən tərəf Moskva deyil.
"Biz amerikalıların arxasınca qaçmırıq, amma onlardan da qaçmırıq" dedi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31