ABŞ silahlarının istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır - ÖZƏL
23 Avqust 2024 11:31 DünyaOlaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov jurnalistlərə bildirib ki, Birləşmiş Ştatlar Ukrayna qoşunlarının ABŞ tərəfindən təchiz edilmiş silahların istifadəsinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır.
Onun sözlərinə görə, ABŞ hökuməti "Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli sistemlərdən istifadə etməyə icazə verilmir".
"Lakin əslində onlar çox düşünmədən nə vaxtsa bütün mövcud məhdudiyyətləri aradan qaldırmaq üçün zəmin yaradırlar", - diplomat bildirib.
Onun fikrincə, ABŞ-ın Ukraynaya hərbi yardım göstərmək siyasəti, o cümlədən ukraynalı pilotlara ABŞ istehsalı olan F-16 qırıcılarından istifadə etmək üçün təlim keçməsi "onlar döyüşəcək"dən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31