Zaxarova: Kiyevin Kursk AES-ə hücum cəhdi nüvə terroru aktıdır- ÖZƏL

Ukraynanın Kursk AES-ə zərbə endirmək cəhdi nüvə terroru aktıdır. 

Olaylar.az xəbər verir ki, bunh Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Ötən gün Ukrayna Silahlı Qüvvələri kamikadze pilotsuz uçan aparatdan istifadə edərək Kursk Atom Elektrik Stansiyasına hücum etməyə cəhd edib. Lakin pilotsuz uçuş aparatı aşkar edilərək vurulub. O, işlənmiş nüvə yanacağı anbarının yaxınlığında düşüb. Diplomat əmindir ki, bu cür hadisələr aidiyyatı orqanlardan, xüsusən də MAQATE-dən ciddi diqqət tələb edir.

"Kiyev rejiminin nüvə terroru aktı MAQATE-nin dərhal cavab verməsini tələb edir", - Zaxarova bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31