LatviyaKiyevə rekord sayda PUA GÖNDƏRDİ
23 Avqust 2024 11:27 DünyaLatviya Ukraynaya 1300 dron göndərib, daha 1400 dron isə tədarük üçün hazırlanır.
Olaylar.az xəbər verir ki, bununla bağlı Latviyanın müdafiə naziri Andris Spruds "X" sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, ümumilikdə Ukraynaya Latviya istehsalı olan 2700 PUA tədarük ediləcək.
Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, ümumilikdə Latviya Kiyevə müxtəlif tipli və xüsusiyyətli 3 min pilotsuz uçuş aparatı verib.
"Latviya şirkətləri ilə birlikdə biz Ukraynanın qələbəsinə qədər dəstəyimizi davam etdirəcəyik", - Spruds vurğulayıb. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31