Krımda raket təhlükəsi: körpüdə hərəkət dayandırıldı

Krımda raket təhlükəsi elan edilib.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Krımski veter" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Sevastopolun hərbi hissələrində hava hücumu siqnalı işə salınıb:

"Krım körpüsündə avtomobillərin hərəkəti müvəqqəti olaraq bağlanıb, işğalçılar Sevastopolda dəniz ictimai nəqliyyatının da fəaliyyətini dayandırıblar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31