Bu ölkədə NATO-nun zirehli briqadası yerləşdiriləcək - Rusiya ilə sərhəddə
22 Avqust 2024 19:02 DünyaFinlandiyanın Mikkeli şəhərində Rusiya ilə sərhəd yaxınlığında NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Iltalehti" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qərarın yaxın həftələrdə rəsmən açıqlanacağı gözlənilir.
Yaradılan bölmə həm də FLF (İrəli Quru Qoşunları) kimi tanınır.
Avqustun 21-də bildirilib ki, Finlandiyanın bir neçə NATO ölkəsi ilə ölkə ərazisinə qoşun yeritməsi barədə danışıqlar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31