ABŞ-nin iri neft xidməti şirkəti kiberhücuma məruz qalıb

Birləşmiş Ştatların ən böyük neft xidməti şirkəti "Halliburton" kiberhücuma məruz qalıb.

Olaylar "Reuters"ə istinadən xəbər verir ki, "Halliburton" problemin səbəb və nəticələrinin müəyyənləşdirilməsi üzərində işlədiyini bildirib.

Texas ştatının Hyuston şəhərində yerləşən "Halliburton" dünyanın əsas enerji istehsalçılarına qazma xidmətləri və avadanlıqlar təqdim edən ən böyük qlobal neft-mədən xidmətləri şirkətlərindən biridir. Ötən ilin sonunda burada 48 minə yaxın insan işlə təmin olunub.

Kiberhücumlar enerji sənayesi üçün böyük başağrısına çevrilib. 2021-ci ildə hakerlər "Colonial Pipeline" yanacaq nəqli xəttinə hücum ediblər və kiberhücum əsas təchizat boru kəmərinin bir neçə gün bağlanmasına səbəb olub. Daha sonra şirkət hakerlərin tələb etdiyi 4,4 milyon dolları ödəyib, çünki onun rəhbərləri nəql sistemlərinin hansı ciddi dərəcədə sındırıldığına və ya boru kəmərinin bərpasının nə qədər vaxt aparacağına əmin deyildilər.

FTB-nin "DarkSide" haker bandasına aid etdiyi kiberhücum benzinin qiymətlərinin sürətlə artmasına, yanacaq məntəqələrində təlaşa və bəzi yerlərdə çatışmazlığa səbəb olub.

Son illərdə ABŞ-nin bir neçə böyük şirkəti, o cümlədən "UnitedHealth Group", habelə istehlak məhsulları istehsalçısı "Clorox" da hakerlərin hədəfində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31