Avropada Mpox həyəcanı: "Yoluxma arta bilər"

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) Avropa ölkələrini meymunçiçəyi virusu ilə mübarizəyə hazır olmağa çağırıb.

Olaylar xəbər verir ki, ECDC-nin onlayn təşkil etdiyi seminarda Avropada M pox virusunun gedişi haqqında məlumat verilib.

ECDC eksperti Orlando Cenciarelli, Avropa əhalisi üçün ümumi riskin hazırda "çox aşağı" kimi qiymətləndirildiyini söyləyib.

Avropada virusa ilk yoluxmanın İsveçdə avqustun 15-də tapıldığını xatırladan Cenciarelli, "Daha çox digər ölkələrdən gələnlərdə olma ehtimalı yüksəkdir. Ona görə də Avropa ölkələrinin bu cür hallara hazır olmalıdır", - deyə əlavə edib.

Ekspert, peyvəndin yalnız yoluxma riski olan, ağır xəstəliyi olan, yoluxma mümkün olduğu bölgələrə səfər etmiş insanlara təklif edilməli olduğuna diqqət çəkib.

Seminara qatılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayəndəsi Mark-Alain Viddovson, 2022-ci ilin yayında Avropada ümumilikdə 27 min xəstəliyə rast gəlindiyini və 10 ölüm faktının qeydə alındığını xatırladıb. O, qitənin özünü virusdan qoruya biləcəyinə inandıqlarını ifadə edib. (Bakupost.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31