Trampın çıxış etdiyi səhnə güllə keçirməyən şüşə ilə əhatələnib
22 Avqust 2024 10:13 DünyaABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundan sonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Karolina ştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribuna güllə keçirməyən şüşə ilə əhatələnib.
Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilib.
İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıq havada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyə namizəd bu təklifi qəbul etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31