İsrailin zərbəsi: yaralıların sayı 30-a çatdı
21 Avqust 2024 21:23 Dünyaİsrail ordusunun Livanın şərqindəki Bekaa vadisinə endirdiyi zərbələr nəticəsində yaralananların sayı 30-a çatıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Al Wataniya" milli agentliyi xilasetmə xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
"Yaralılardan 5-i xəstəxanaya yerləşdirilib. Xəsarət almış 30 nəfərdən ən azı 9-u uşaqdır. Yaralılar arasında Livan vətəndaşları ilə yanaşı, suriyalılar da var", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31