Obama Harrisi dəstəklədi, Trampı TƏNQİD ETDİ
21 Avqust 2024 17:11 DünyaKeçmiş ABŞ prezidenti Barak Obama Demokratlar partiyasının namizədi Kamala Harrisi "ABŞ üçün yeni səhifə", Respublikaçıların namizədi Donald Trampı isə "təhlükəli" adlandırıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Obama bu barədə Çiqaqoda Demokratlar partiyasının qurultayında danışıb. O, Kamala Harrisə dəstəyini nümayiş etdirib və deyib ki, Harris diqqətini amerikalıların problemlərinə yönəldəcək. Keçmiş prezident digər namizəd Donald Trampı isə tənqid edib:"Həqiqət budur ki, Tramp iqtidarı öz məqsədləri üçün istifadə edəcək. Seçicilər Trampın "Ağ Evi" yenidən ələ keçirməsinə amne olmalıdır. Bu filmi daha əvvəl görmüşük və hamımız bilirik ki, adətən davamı daha da pis olur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31