Çexiya Prezidenti Pavel: ABŞ və Çin Rusiya Federasiyası və Ukraynanı danışıqlara sövq etməlidir- ÖZƏL
21 Avqust 2024 16:29 Dünya"ABŞ və Çin Rusiya və Ukraynanı sülh danışıqlarına başlamağa məcbur etməlidir".
Olaylar.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel "Novinky" xəbər portalına müsahibəsində bildirib.
Çexiya liderinin sözlərinə görə, yaxın illər ərzində Ukraynadakı münaqişənin hər iki tərəfi başa düşəcək ki, onu uzatmaq olmaz və sülh danışıqları aparılacaq.
"Bu məqsədə tezliklə nail olmaq üçün ilk növbədə dünya gücləri, təkcə ABŞ deyil, həm də Çin mühüm töhfə verə bilər",- deyə o, qeyd edib.
Pavel ABŞ-da qarşıdan gələn prezident seçkilərinin nəticələrinin vəziyyətə ciddi təsir edəcəyini vurğulayıb.
Bundan əvvəl Axmat xüsusi təyinatlılarının komandiri, general-mayor Apti Alaudinov xüsusi hərbi əməliyyatın iki-üç aya yekunlaşacağını bildirmişdi. O, vəziyyətin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğunu vurğulayıb.