Ukrayna Rostovda S-300 sistemini məhv etdi
21 Avqust 2024 15:22 DünyaUkrayna ordusu Rusiyanın Rostov vilayətində, cəbhə xəttindən 160 km məsafədə yerləşən S-300 hava hücumundan müdafiə sistemini məhv edib.
Olaylar bildirir ki, bu barədə "Defence Express" məlumat yayıb.
"Zərbə Ukrayna Hərbi Dəniz Qüvvələrinin ordunun digər bölmələri ilə əməkdaşlığı nəticəsində həyata keçirilib. Hücum "Neptun" raketləri ilə edilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, zərbənin məqsədi neft emalı zavoduna hücumlar üçün dəhliz yaratmaqdır. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31