Bosniya və Herseqovinada məktəbdə atışma - 3 nəfər öldü
21 Avqust 2024 15:10 DünyaBosniya və Herseqovinada orta məktəbdə baş verən atışma nəticəsində azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Olaylar xəbər verir ki, hadisə Sanski-Most şəhərində törədilib.
Məlumata görə, hadisəni törədən şəxs məktəbin əməkdaşlarından biridir. Onun həbsi ilə bağlı hələlik məlumat yoxdur.
Məktəbin direktoru və katibinin də ölənlər arasında olduğu bildirilib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31