Mask özünün "prezident seçkisini" keçirib

ABŞ-li iş adamı İlon Mask "X" sosial şəbəkəsində özünün ABŞ prezident seçkisini təşkil edib.

Olaylar xəbər verir ki, o öz səhifəsində istifadəçilər arasında sorğu keçirib və məlum olub ki, qarşıdan gələn seçkidə Respublikaçılar Partiyasının namizədi Donald Tramp dəstək baxımından rəqibi Kamala Harrisi inamla qabaqlayıb.

Bir milyondan çox "X" istifadəçisinin səslərinə əsasən, keçmiş ABŞ lideri 78.7% səslə lider olub, Harris isə 21.3% səs toplayıb. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31