Ermənistanda Qərbi Nil qızdırması: 60-a yaxın yoluxma
21 Avqust 2024 13:04 DünyaErmənistanda Qərbi Nil qızdırmasına 60-a yaxın yoluxma halı baş verib.
Olaylar xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Setap Atoyan deyib.
"Bu gün Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma faktı təsdiqlənib. 41 nəfər xəstəxanaya yerləşdirilib, vəziyyətləri əsasən orta-ağırdır. Dörd nəfərdə xəstəlik daha ağır keçir", - Atoyan bildirib.
Onun sözlərinə görə, 1 nəfər Qərbi Nil qızdırmasından ölüb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31