Ukrayna bu ərazini ələ keçirdi: Rusiya MN-dən etiraf…

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğurlar əldə edib.

Olaylar bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.

Bir gecədə Rusiya bölgələrində Ukraynanın 45 PUA-sı məhv edildi

"Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpüləri və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar.

Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini iddia ediblər. Hətta Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf etmişdi", - hesabatda qeyd olunub. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31