Baydenin gizli sənədi təsdiqlədiyi üzə çıxdı

ABŞ Prezidenti Co Bayden bu ilin mart ayında Çinin artan nüvə arsenalı fonunda ilk dəfə bu ölkənin çəkindirilməsindən bəhs edən gizli strateji nüvə planını təsdiqləyib.

Olaylar xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat dərc edib.

Bildirilib ki, belə bir sənədin qəbul edilməsi Pentaqonun növbəti onillikdə Çinin cəbbəxanasının ölçü və müxtəlifliyinə görə ABŞ və Rusiyanın ehtiyatları ilə rəqabət aparacağı ehtimalı ilə bağlıdır.

Qeyd olunur ki, Bayden, həmçinin, Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə qarşıdurmalarına hazırlaşmaq üçün göstərişlər verib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31