Rusiya İsveçrənin dəvətini rədd etdi
21 Avqust 2024 10:14 DünyaRusiya tərəfi Cenevrə Konvensiyasının 75 illiyi münasibətilə İsveçrənin dəvətini rədd edib.
Olaylar xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin kommunikasiyalar departamentinin rəhbəri Nikolas Bido məlumat yayıb.
Bildirilib ki, rusiyalı diplomatlara avqustun 25-26-da səfər təklif olunub.
"Rusiya missiyası Cenevrəyə getməyəcəyini açıqladı", - Bido vurğulayıb. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31