Sarkisyanın Moskvaya gizli səfəri: Ermənistanda fövqəladə hadisələr olacaq

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan aktiv siyasətə qayıtmağa hazırlaşır.

Olaylar xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Nəşr qeyd edir ki, Sarkisyanın aktiv şəkildə siyasi təmaslar keçirir.

"Bəziləri onun qarşıdakı siyasi proseslərdə daha da aktivləşəcəyini deyir, bəziləri isə bundan təəccüblənmədiyini, onun daim aktiv olduğunu bildirir. Lakin dünən əldə etdiyimiz məlumata görə, Sarkisyanın Rusiyaya qısamüddətli səfəri olub. O, Moskvada yaşayan bir qrup biznesmen erməni ilə görüşüb. Qarşıdan gələn fövqəladə siyasi prosesləri və mümkün aktivləşməsi ilə bağlı onların əhval-ruhiyyəsini yoxlayıb. Sarkisyanın yeni simalar irəli sürəcəyi gözlənilir", - nəşr yazır. (publika)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31