Ölkənin səmasında dəhşət yaşandı: 31 min dəfə ildırım çaxdı
20 Avqust 2024 19:24 DünyaYunanıstanın qərb bölgəsində davam edən əlverişsiz hava şəraitinə görə, 31 min dəfə ildırım çaxıb.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bununla bağlı Yunanıstan Meteorologiya İdarəsi məlumat verib.
Bildirilib ki, ildırım çaxması kimi müşahidə olunan elektrik boşalması xüsusilə qərb rayonlarında intensiv yağış və dolu ilə müşayiət olunub.
Meteorologiya Departamenti sentyabr ayında ölkədə havanın temperaturunun mövsümi normadan yüksək olacağı ilə bağlı proqnoz verib.
Departamentin məlumatına görə, iyul ayında 16 gün davam edən həddindən artıq istilər 1980-ci ildən bəri ən uzun istilik dalğası olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31