Soçi hava limanında təyyarənin sərt enişindən sonra cinayət işi açılıb- ÖZƏL

Soçi hava limanında təyyarənin sərt eniş etdiyi insidentdən sonra cinayət işi başlanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti yazır.

İşə səbəb yol hərəkəti təhlükəsizliyi standartlarının və hava nəqliyyatının istismarının pozulması olub. Şöbə qeyd edir ki, müstəntiq dəymiş ziyanın səbəblərini və miqyasını müəyyən etmək üçün təyyarəyə hərtərəfli baxış keçirib, həmçinin lazımi ekspertizalar təyin edib.

Xatırladaq ki, xoşagəlməz hadisə avqustun 19-u axşam saatlarında baş verib. Sankt-Peterburqdan Soçiyə uçan Rusiya aviaşirkətinin sərnişin təyyarəsi eniş zamanı quyruğu ilə iki dəfə uçuş-enmə zolağına toxunub.

Təyyarədə 189 sərnişin, həmçinin yeddi ekipaj üzvü olub. Xoşbəxtlikdən bu hadisə nəticəsində onlardan heç biri xəsarət almayıb. Qeyd edək ki, eniş zamanı təyyarə quyruğu ilə uçuş-enmə zolağına çırpılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31