Ukraynada Rus Pravoslav Kilsəsinin fəaliyyəti QADAĞAN EDİLDİ
20 Avqust 2024 14:47 DünyaUkrayna Ali Radası Rus Pravoslav Kilsəsinin fəaliyyətini qadağan edən qanunu II oxunuşda qəbul edib.
Olaylar.az-ın xəbərinə görə, bu barədə "ukrinform.ua" məlumat yayıb. Bildirilib ki, sənədlə ölkə ərazisində Ukraynaya qarşı müharibəni dəstəkləyən istənilən ölkənin dini qurumunun fəaliyyəti qadağan olunub.
Eyni zamanda hazırda mövcud olan dini qurumlarda təftiş aparılması da qanunun müddəaları sırasına daxil edilib. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31