Polşa silah-sursat alınması üçün böyük həcmdə müqavilə İMZALADI
20 Avqust 2024 14:11 DünyaPolşa artilleriya sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb.
Olaylar.az xəbər verir ki, bunu müdafiə naziri Vladislav Kosiniyak-Kamış "Polskie Radio"nun efirində deyib.
"Silahlanma üzrə agentlik döyüş sursatlarının alınması üçün irihəcmli müqavilə imzalayıb", - nazir bildirib.
Lakin o, razılaşmanın təfərrüatlarını açıqlamayıb.
Müdafiə naziri qeyd edib ki, yeni hökumət onların ölkədə istehsalını artırmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31