İrəvanda Paşinyana etiraz edən 6 nəfər saxlanıldı: onlardan silah götürüldü
11 May 2024 13:01 DünyaErmənistan polisi İrəvanın Eçmiədzin rayonunda qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.
Olaylar erməni KİV-lərinə istinadən xəbər verir ki, müvafiq məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Ermənistanın yerli mətbuatı bir qədər əvvəl səhər saatlarında şəhərin bir neçə sakininin saxlanıldığı barədə xəbər dərc edib. Onların yaxın saatlarda əraziyə gələcəyi gözlənilən baş nazir Nikol Paşinyanın səfərinə etiraz əlaməti olaraq yerli məktəblərdən birinin qarşısına toplaşdığı bildirilib.
Qeyd edək ki, Nikol Paşinyanın sözügedən məktəbə baş çəkəcəyi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31