HƏMAS lideri Xan-Yunis şəhərinin altındakı tunellərdə gizlənib - KİV
11 May 2024 12:53 DünyaHƏMAS lideri Yəhya Sinvar Han-Yunis şəhərinin altındakı tunellərdə gizlənə bilər.
Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Qəzza zolağında HƏMAS lideri Yəhya Sinvar anklavın cənubundakı Xan-Yunis şəhərinin altındakı tunellərdə gizlənir.
"Sinvarın dəqiq yeri məlum olmasa da, rəsmi şəxslər bu məlumatı İsrail kəşfiyyatına ötürüblər. Rəfahdan təxminən səkkiz kilometr şimalda, Xan-Yunis şəhərindəki yeraltı tunellərdə gizlənir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, mayın 7-nə keçən gecə İsrail ordusunun quru qüvvələri antiterror əməliyyatı çərçivəsində Rəfaha daxil olub. İsrail tankları Qəzza zolağı tərəfindən Rəfah keçid məntəqəsinin ərazisi üzərində operativ nəzarəti ələ keçiriblər. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31