Ambulansda oksigen balonu partladı, həkimlər yaralandı
11 May 2024 12:40 DünyaTürkiyədə təcili tibbi yardım avtomobilində olan oksigen balonu partlayıb.
Olaylar bildirir ki, hadisə Denizli şəhərinin Merkezefendi qəsəbəsində baş verib. Məlumata görə, təcili tibbi yardım stansiyasında oksigen balonunun dəyişdirilməsi zamanı partlayış olub.
Nəticədə 2 tibb işçisi yaralanıb. Hadisə yerinə yanğınsöndürənlər, həkimlər və polislər cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib, yanğınsöndürənlər ambulansda olan kiçik yanğını söndürüblər. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31