Mənə qarşı olan bütün məhkəmə işləri ilə Ağ Evin əlaqəsi var - Tramp bəyan edib

Co Baydenin rəhbərlik etdiyi hazırkı Amerika administrasiyası ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı məhkəmə prosesləri ilə əlaqəsi var.

Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Donald Tramp deyib.

"Mənə qarşı qaldırlan bütün məhkəmə işləri ilə bağlı çoxsaylı sübutlar var, Ağ Ev və Ədliyyə Nazirliyi tərəfindən planlaşdırılıb və koordinasiya edilir. Sadəcə rüsvayçılıqdır. Bu, Baydenə siyasi rəqibinə qarşı mübarizədə kömək etmək üçün edilir", - o deyib.

Qeyd edilir ki, Tramp barəsində məxfi sənədlərin saxlanılması ilə bağlı iş qeyri-müəyyən müddətə təxirə salınıb. ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı dörd cinayət işi çərçivəsində 91 ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31