NATO Ukrayna savaşına "yatırım" etdi: Daha 5 il...
11 May 2024 11:40 DünyaNATO beş il ərzində müharibəyə 100 milyarda qədər "yatırım edəcək", ona görə də onlar bunun ən azı beş il davam edəcəyini gözləyirlər.
Olaylar bildirir ki, bu barədə Macarıstan hökumətinin NATO-nun Ukraynaya uzunmüddətli hərbi dəstək üçün fond yaratması ilə bağlı məlumatında deyilir.
"Gördüklərimiz ən pis ssenaridir, çünki bu, dünya müharibəsinə səbəb ola bilər. Lakin hökumətin mövqeyi aydındır: Biz müharibədən kənarda qalmaq istəyirik. NATO-nun bu missiyasında iştirak etmək istəmirik. Silah və əsgər göndərməmək üçün mümkün olan hər şeyi edəcəyik", - deyə bildirilib.
Xatırladaq ki, ötən ay NATO Baş katib Yens Stoltenberqin təklifi ilə 100 milyard avro dəyərində fond yaratmaqla quruma üzv ölkələr Ukraynaya uzunmüddətli hərbi dəstək planlaşdırmağa başlamağa razılaşıblar. (axar)