Türkiyə ordusu daha 17 terrorçunu məhv etdi
10 May 2024 17:07 DünyaTürkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
Olaylar bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, İraqın şimalındakı Hakurk, Qara və "Pəncə-Kilid" əməliyyat bölgələrində PKK terror təşkilatının 10 üzvü öldürülüb.
Həmçinin, Suriyanın şimalındakı "Zeytun budağı" və "Sülh çeşməsi" bölgələrində PKK/YPG terror təşkilatının 7 üzvü zərərsizləşdirilib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31