Ermənistan baş naziri Nikol Paşinyan bu gün Moskvaya yola düşüb.
Olaylar bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır.
Bundan başqa, Paşinyanın sədrliyi ilə Moskvada Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.