İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə gedir

İsrail hökumətinin təmsilçilərindən ibarət nümayəndə heyəti HAMAS-la danışıqlar üçün yaxın saatlarda Qahirəyə gedəcək.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters"ə Nazirlər Kabinetindəki adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Bildirilib ki, əsas məqsəd HAMAS-ı Qəzza sektorunda atəşkəsə dair tələblərin yenidən nəzərdən keçirilməli olduğuna inandırmaqdır.

Mənbənin sızdırdığı məlumata əsasən, heyətə MOSSAD və "Shin Bet" kəşfiyyat orqanlarının əməkdaşları cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31