Rusiya hökuməti istefa verdi

Rusiya hökuməti istefa verib.

Olaylar xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mixail Mişustin sərəncam imzalayıb. 

Bildirilir ki, bu proses qanunla nəzərdə tutulub. Nazirlər Kabineti dövlət başçısının andiçmə mərasimindən sonra istefa verir. Əvvəlki nazir və Baş nazirin müavinləri hökumətin yeni tərkibi formalaşana qədər vəzifələrini icra edəcəklər. 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün and içib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31