Robert Fitso: "Bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə birtərəfli yanaşma var"

Bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var.

Olaylar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ara-sıra digərlərinə təlimat verməyi xoşlayır:

"Mən heç vaxt heç bir ölkənin daxili və xarici siyasətinə qarışmıram. Təəssüf ki, bəzi beynəlxalq təsisatlarda kiçik ölkələrə qarşı qeyri-obyektivlik, birtərəfli yanaşma var. Biz Azərbaycanla Aİ arasında körpü olmağa hazırıq. Aİ-də Azərbaycandakı obyektiv vəziyyəti təqdim etmək istəyirik. Azərbaycandakı vəziyyəti maksimal şəkildə obyektiv işıqlandırmalıyıq".

R.Fitso bildirib ki, iki ölkə arasında əməkdaşlıq genişləndirilməlidir:

"Güclü prezident və güclü baş nazir varsa, biz bir sıra layihələri üzərimizə götürə bilərik. Azərbaycanda birgə istehsalat sahəsinin yaradılması hər kəs üçün ortaq fikir olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31