Türkiyə konsulunu öldürən "ASALA" üzvü də Tavuşda etirazçılara qoşulub
6 May 2024 16:21 DünyaTürkiyənin Kaliforniyadakı konsulunu öldürən "ASALA" terror təşkilatının üzvü Ambik Sasunyan da delimitasiyaya etiraz edən Tavuş sakinlərinə qoşulub.
Olaylar xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd edək ki, Ambik Sasunyan 1982-ci ildə Türkiyənin Kaliforniyadakı konsulu Kemal Arıkanı qətlə yetirib. Sasunyan törətdiyi qətlə görə 1984-cü ildə ömürlük həbs cəzasına məhkum olunsa da, 2021-ci ilin fevral ayında Los-Anceles Ali Məhkəməsi terrorçunun azadlığa buraxılmasına qərar verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31