Məşhur aktyor VƏFAT ETDİ - FOTO
6 May 2024 11:37 Dünya"Titanik" (1997) və "Üzüklərin hökmdarı" filmlərindəki rolları ilə tanınan aktyor Bernard Hill 79 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, aktyorun meneceri onun bu səhər öldüyünü təsdiqləyib.
Aktyorun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, ingilisəsilli aktyor 1944-cü ildə anadan olub. O, aktyor karyerasına 1970-ci illərdə başlayıb. Hill yarım əsrdən çox vaxtını televiziya, kino və teatrda keçirib. O daha çox "Üzüklərin hökmdarı" filmindəki Rohan Kralı "Teoden" rolu, eləcə də "Titanik"in kapitanı "Edvard Smit" rolu ilə tanınır. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31