Ermənistan XİN başçısı Macarıstana səfər EDƏCƏK
6 May 2024 10:33 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da Macarıstana rəsmi səfərə gedəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Səfər zamanı o, Macarıstanın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Peter Siyarto ilə görüşəcək.
Danışıqlardan sonra A.Mirzoyan və P.Siyarto birgə mətbuat konfransı keçirəcəklər. (Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31