Sadiq Xan üçünçü dəfə Londonun meri seçilib
4 May 2024 20:27 DünyaLondonun hazırkı meri Sadiq Xan yenidən seçkilərdə qalib gəlib və üçüncü müddətə vəzifəsində qalacaq.
Olaylar.az-ın məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.
May ayının əvvəlində keçirilən seçkilərdə leyboristləri təmsil edən S.Xan səslərin 43,7%-ni, onun mühafizəkarları təmsil edən rəqibi Syuzan Holl isə cəmi 32,6%-ni toplayıb.
Bu, tarixdə ilk dəfədir ki, London meri üç müddət vəzifəsində qalacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31