Təbrizdə partlayış: Xeyli yaralı var

Bu gün səhər saatlarında Təbriz şəhərinin Axmaqaya məhəlləsində şəxsi mənzildə güclü partlayış baş verib.

Olaylar bildirir ki, bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzi məlumat yayıb.

Qaz sızması nəticəsində meydana gələn partlayış nəticəsində mənzil dağılıb.

Dağıntılar altından çıxarılan 10 nəfər şəhərin Taliqani və İmam Rza xəstəxanalarına köçürülüb. (axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31