Ukrayna Dünya Bankından 1,5 milyard dollar kredit alacaq - ÖZƏL

Ukrayna Böyük Britaniya və Yaponiyanın zəmanəti ilə Dünya Bankından 1,5 milyard dollar kredit alacaq.

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
"Dünya Bankının direktorlar şurası Ukraynaya inkişaf siyasətini dəstəkləmək üçün 1,5 milyard dollar kredit ayrılmasını təsdiqləyib. Bu məbləğin 984 milyon dollarını Yaponiya, 516 milyon dollarını isə Böyük Britaniya səfərbər edəcək", - Ukraynanın baş naziri deyib.
Ukrayna hökuməti 2024-cü ildə 43,9 milyard dollarlıq rekord büdcə kəsiri gözləyir və bunun əsas hissəsini Qərb tərəfdaşlarının maliyyə yardımı ilə ödəməyi planlaşdırır. Kiyev etiraf edir ki, Qərb donorları olmadan qeyri-müdafiə xərclərini ödəyə biləcək və maliyyə yardımı gəlməsə, sosial müavinətləri və dövlət maaşlarını ödəməkdə çətinlik çəkəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31