Serbiyanı qarşıda çətin günlər gözləyir - Aleksandar Vuçiç

Yaxın gələcəkdə Serbiya həyati əhəmiyyətə malik milli maraqlarını təhdid edən çətin çağırışlarla üzləşəcək.

Olaylar xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə özünün sosial media hesabında yazıb.

"Serbiyanı çətin günlər gözləyir. Son 48 saat ərzində hansı xəbərləri aldığımızı söyləmək mənim üçün çətindir... Bunlar Serbiyanın həyati vacib milli maraqlarını birbaşa təhdid edir. Yaxın günlərdə mən serb xalqını qarşıda duran bütün çağırışlarla tanış edəcəyəm. Bu, həmişə olduğu kimi, çətin olacaq. Biz mübarizə aparacağıq, Serbiya qalib gələcək", - deyə Vuçiç bildirib.

Bundan öncə NATO-nun Yuqoslaviya hərbi müdaxiləsinin ildönümündə çıxış edən Serbiyanın dövlət başçısı ölkəsinin artıq azad olduğunu və alyansın 1999-cu ildəki hərəkətlərinə baxmayaraq, yaşamağa davam etdiyini vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31