Mikayıl Oyta İlham Əliyevi təbrik etdi
8 Fevral 2024 14:25 SiyasətOlaylar.az xəbər verir ki, Avstraliya Azərbaycan Assosiasiyası prezidenti Mikayıl Oyta İlham Əliyevi 7 fevral 2024-cü ildə keçirilən Prezident seçkilərində qalib gəlməsi münasibəti ilə məktub vasitəsiylə təbrik edib. Məktubun məzmununda əks olunur:
"Azərbaycanın Zəfər seçkisindəki qələbə münasibətilə cənab İlham Əliyevi təbrik edirik.
Hörmətli cənab İlham Əliyev!Azərbaycanın prezidenti ve Qarabağın Fatehi!
Avstraliya Azərbaycan Assosiasiyası və Avstraliyada yaşayan azərbaycanlılar adından Azərbaycan Respublikasında keçirilən şəffaf və demokratik keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə cənab İlham Əliyevi və 55 milyon azərbaycanlıları təbrik edirəm. İnanıram ki, 7 fevral 2024-cü il tarixində keçirilən prezident seçkiləri 55 milyon azərbaycanlı üçün uğurlu və xeyirli olacaq. Cənab İlham Əliyev öz prezidentliyi dövründə böyük nailiyyətlərə imza atmış, 30 il işğalda olan Azərbaycan ərazilərini azad edərək, Qarabağın fatehi kimi tarixə düşmüşdür. Sırf Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərqərar etdi. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf edərək tarixinin iqtisadi və hərbi cəhətdən ən güclü dövrünü yaşadı. Cənab İlham Əliyev yeritdiyi xarici və daxili siyasətlə dünyayda Türkiyə ilə "Bir millət, iki dövlət" şüarı altında güclü birlik və həmrəylik meydana qoydu. Bütün bu nailiyyətlərdən sonra Azərbaycanın Prezidentinin milli iqtisadiyyatın daha da inkişaf etdirilməsinə diqqət yetirərək, Azərbaycanı dünyada daha güclü dövlətə çevirəcəyi şübhəsizdir. Sözsüz ki, bu və digər nailiyyətlərin davamında cənab İlham Əliyevin prezidentliyinin quzeyli-güneyli 55 milyon azərbaycanlı üçün böyük uğurlar gətirəcəyinə inanırıq. Keçirilən son Zəfər seçkisində cənab İlham Əliyevin qələbəsini təbrik edir və Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana yeni-yeni nailiyyətlər arzu edirik".