İsveçrədə sülh konfransı keçiriləcək
16 Yanvar 2024 15:28 DünyaUkrayna prezidenti Volodimir Zelenski İsveçrədən yüksək səviyyədə sülh konfransı keçirməsini xahiş edib və Bern buna müsbət cavab verib.
Olaylar.az xəbər verir ki, bu barədə İsveçrə prezidenti Viola Amherd ölkədə səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında məlumat verib.
"Cənab Zelenski İsveçrədən yüksək səviyyədə sülh sammiti təşkil etməyi xahiş etdi və mən konfransı təşkil etməyə hazır olduğumuzu təsdiqlədim", - o deyib.
O, sülh prosesinin uğurlu olması üçün konfransın təşkili ilə bağlı təfərrüatın öyrəniləcəyini bildirib.
Qeyd edək ki, Volodimir Zelenski yanvarın 15-də İsveçrəyə səfər edib. Yanvarın 16-da onun Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda çıxışı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31