İnterpol xəttilə qırmızı bülletenlə axtarışda olan şəxs İstanbulda saxlanıldı

Almaniya tərəfindən İnterpol xəttilə qırmızı bülletenlə axtarışda olan şəxs İstanbulda saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, narkotik kartelinin liderlərindən olan Sammi Ali "Kartel-4" əməliyyatı çərçivəsində saxlanılıb.

Türkiyəli nazir Sammi Alinin Almaniyada narkotik ticarəti ilə məşğul olduğu, narkotik maddə tədarük etdiyi, eləcə də narkotik vasitələrin saxlanması üçün yerlər təşkil etdiyini bildirib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31